GİN noyabrın 1-nə olan reytinq cədvəlini açıqlandı

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli üzvlərinin noyabrın 1-nə (2023) olan reytinq cədvəlini açıqlayıb.

Arena.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

540 xala malik Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci pillədə qərarlaşıb. İdman gimnastı Nikita Simonov (355 xal) üçüncü pilləyə yüksəlib.

Xatırladaq ki, reytinq xallarının hesablanması GİN tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: