Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 12-ci turu çərçivəsində “Erzeni” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutan qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.
Vüsal bu matçın 78-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçu bu dəfə meydanı qolsuz tərk edib.
“Eqnatiya” 12 turdan sonra 26 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu ilin yayında “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 14 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.


