“Barselona” “Kamp Nou”nun otundan hazırlanmış brilyant satır

Kataloniya nəhəngi “Barselona” “Kamp Nou” stadionunun ot örtüyündən əldə etdiyi brilyantları satışa çıxarıb.

Arena.az bu barədə Kataloniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Yüksək texnologiya və bərpa olunan enerjidən istifadə bizə tamamilə dayanıqlı və ətraf mühitə heç bir təsiri olmayan təkmənşəli brilyantlar yaratmağa imkan verir. Bütün brilyantlar karbonun mənşəyini, brilyantın xüsusiyyətlərini və silsilənin sertifikasiyasını əks etdirən orijinallıq sertifikatı ilə müşayiət edilir”, – klubun mətbuat xidməti bildirib.

Brilyantlar ötən mövsümün son oyunu “Barselona” – “Malyorka” oyununu (3:0) qəbul etmiş köhnə “Kamp Nou”nun otundan hazırlanıb. Brilyantın çəkisi 1 karat, qiyməti isə 15 min avrodur. Həmçini yarım karat ağırlığında bir brilyant da var, onun qiyməti isə 2,5 min avrodur.

Bundan əlavə, klubun rəsmi internet saytı üzərindən köhnə stadionun digər əşyalarını da satışa çıxarılıb. Məsələn, azarkşelər 79,99 avroya qapı torunu, 419,99 avroya içərisində ot parçası olan çərçivəni, 1000 avro dəyərində qızıl boyunbağını və 699 avroya “Barselona” Futbol Klubunun döş nişanını əldə edə bilərlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: