Cəlal Hüseynov “Çerno More”yə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 16-cı turu çərçivəsində keçirilmiş “Çerno More” ilə oyunun iştirakçısı olub.

Səfərdə baş tutan bu qarşılaşma “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:1.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Arda” ölkə çempionatında 16 turdan sonra 25 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu var.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 12 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: