Babək Quliyev San Marino – İtaliya oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev növbəti dəfə UEFA-dan təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Babək Quliyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino – İtaliya oyununa təyinat alıb. O, bu oyunun hakim-inspektoru olacacaq.

San Marino – İtaliya oyunu noyabrın 16-da San Marinoda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: