19 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu milli komandamız ikinci oyununda Sloveniya yığması ilə üz-üzə gəlib.
U-19 millimizin yer aldığı qrupun oyunları məhz Sloveniyada keçirilir. Meydan sahiblərinə qarşı oyun Azərbaycan millisi üçün uğursuz alınıb. Futbolçularımız 9 (!) cavabsız qola üzülüblər.
Xatırladaq ki, Avropa çempionatının seçmə mərhələsinin oyunları UEFA Millətlər Liqası formatında təşkil olunub. Azərbaycan yığması B Liqasının 3-cü qrupunda Kosovo, Sloveniya və Moldova ilə mübarzə aparır. Bu qrupun oyunları noyabrın 6-dan 15-nə qədər Sloveniyada baş tutacaq. Millimiz qrupdakı sonuncu matçını noyabın 14-də Moldova yığmasına qarşı keçirəcək. Həbin Ağayevin yetirmələri ilk turda Kosovoya da 0:3 hesabıyla uduzmuşdular.
AÇ-2024-ün seçmə mərhələsi
B Liqası, 3-cü qrup
11 noyabr
Sloveniya – Azərbaycan 9:0
Qollar: Noelle Vilçnik, 5; 32. Naya Miheliç, 7. Ana Geryol, 17. Maşa Osoynik, 28-pen; 43; 45. Lea Dolinar, 55. Varya Şpiler, 85.
Baş hakim: Veronika Kovarova (Çexiya).
Baş hakimin köməkçiləri: Tereza Hessova (Çexiya), Reyçel Smit (Şimali İrlandiya).
Dördüncü hakim: Luize Tompson (Şimali İrlandiya).
Sloveniya: 1. Nuşa Vidrih, 4. Vita Dodiç, 5. Lea Dolinar (19. Zala Balajiç, 60), 7. Maşa Osoynik, 8. Ana Geryol (16. Lori Şkulj, 46), 9. Viktoriya Bittendorfer, 10. Noelle Vilçnik (14. Varya Şpiler, 46), 11. Qala Dasoviç Ravnik (6. Katyuşa Kern, 46), 13. Naya Miheliç (2. Tia Taşiç, 66), 15. Neza Çebaşek, 17. Ziva Rakoveç (k).
Ehtiyat oyunçular: 12. Nadin Ferk, 3. Yona Yavoriç, 18. Yuliya Poplaşen, 20. Tiya Şoştariç.
Baş məşqçi: Petra Mikeln.
Azərbaycan: 22. Güləsər İsmayılova (12. Mehriban Şahməmmədova, 46), 2. Mələk Hacıyeva, 3. Aydan Həsənova, 4. Lalə Abbaszadə, 6. Aytac Mirzəyeva (k) (14. Aydan Əkbərova, 46), 7. Buse Nur Kocabey (5. Fatiməyi Zəhra Hüseynli, 46), 8. Səma Həsənli (18. Aysu Murtuzayeva, 76), 9. Şəkər Piriyeva (13. Fatimə Əhmədova, 66), 10. Röya Əliyeva, 11. Müjgan Seyidova, 17. İntizar Haqverdiyeva.
Ehtiyat oyunçular: 16. Aysel Ziyadova.
Baş məşqçi: Həbib Ağayev.


