AÇ-2024-ün seçmə mərhələsinin Bolqarıstan – Macarıstan oyunu azarkeşlərin etirazına görə təhlükə qarşısındadır.
Arena.az bu barədə “Sport.bg” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bolqar azarkeşlərin etirazına səbəb Bolqarıstan yığmasının son oyunlarda qeyri-qənaətbəxş nəticələridir.
Bolqarıstan Futbol İttifaqı (BFS) təhlükəsizlik baxımından UEFA-dan oyunun Sofiyadan Plovdivə köçürilməsini, eləcə də görüşün boş tribunalar qarşısında keçirilməsinə icazə istəyib.
Oyunun noyabrın 16-da, Bakı vaxtı ilə saat 21:00-da başlaması nəzərdə tutulub.
Xatırladaq ki, Bolqarıstan yığması AÇ-2024-ün seçmə mərhələsində uğursuzluğa düçar olub və turnirin final mərhələsindən əlini üzüb. Bolqarlar 6 oyundan 2 xalla “G” qrupunun autsayderləridir: 2 heç-heçə, 4 məğlubiyyət, top fərqi isə 3:10 nisbətindədir. Qrup lideri Macarıstan yığması üçün isə bu oyun qrup birinciliyi baxımından vacib əhəmiyyət kəsb edir. 6 oyundan 14 xal toplamış macarları 7 oyundan 13 xal toplamış Serbiya yığması təqib edir və noyabrın 19-da hər iki yığma həlledici oyunda qarşılaşacaqlar. Üstəlilk, 6 oyundan 8 xal toplamış Çernoqoriya kollektivi də bu vəziyyət yararlanmaq niyyətindədir.
“G” qrupunun turnir cədvəlindəki cari vəziyyəti təqdim edirik:
- Bolqarıstan – 14 xal (6 oyun);
- Serbiya – 13 xal (7 oyun);
- Çernoqoriya – 8 xal (6 oyun);
- Litva – 6 xal (7 oyun);
- Bolqarıstan – 2 xal (6 oyun).


