“Neftçi”nin mərkəz yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu yığmanın heyətində dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Livan millisinə qarşı oynayıb.
Birləşmiş Ərəb Əmirliklərində baş tutan qarşılaşmada hesab açılmayıb – 0:0. Caber səfər oyununda start heyətdə meydana çıxıb və sonadək oynayıb.
İ qrupunda yer almış Fələstin millisi noyabrın 21-də Küveytdə Avstraliya yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, Ataa Caber bu ilin iyun ayında debüt etdiyi Fələstin milli komandasının heyətində 5 oyun keçirib. O, 2022-ci ilin iyul ayından formasını geyindiyi “Neftçi”də 53 oyun keçirib, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


