19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi (U-19) AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq turnirdəki çıxışını başa vurub.
Arena.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən yarışda bu dəfəki rəqib Mərakeş yığması olub.
Bakı İdman Sarayında baş tutan matçda hesab 8-ci dəqiqədə açılıb. Afrika təmsilçisindən Reda adını tabloya yazdırıb. Növbəti qol təxminən 10 dəqiqə sonra vurulub. Bu dəfə Rayane komandasına üstünlük qazandırıb. Fasiləyə 2 dəqiqə qalmış Madih fərqi 3 topa çatdırıb. Əvəzində Xəzər Ağalızadə 10 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. İkinci hissəyə də rəqib qolla başlayıb. Lahcen 5-ci qolu vurub. Amma 30-cü dəqiqədə millimiz fərqi azalda bilib. Mirzə Əmirov penaltini dəqiq yerinə yetirib. Bu, həm də oyunda vurulan sonuncu qol olub.
Beləcə, hər iki oyunda məğlubiyyətə üzülmüş Azərbaycan millisi turnirdəki çıxışını başa vurub. U-19 yığmamız turnirdəki ilk matçında Belarusa da 1:3 hesabıyla uduzmuşdu.
Azərbaycan – Mərakeş 1:5
Qollar: Mirzə Əmirov, 29:15-pen – İlilou Reda, 7:10. Benamar Rayane, 16:44. Madih Mohamed Reda, 18:37. Azghin İmran, 21:40. Ait Hemmou Lahcen, 26:49.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Məmmədəli Kərimov.
28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00.
Azərbaycan: 1. Azər Fərmanov, 5. İlham Alıyev, 6. Mirzə Əmirov, 14. Fərid Abbasov, 7. Xəzər Ağalızadə, 12. Hüseyn Abdulov, 3. Qüdrət Qasımzadə (k), 11. Bəyoğlan Vəlizadə, 9. Pünhan Qasımzadə, 2. Sunay Həsənov, 13. Oqtay Mahmudzadə, 10. Rüfət Məmmədli, 8. Hüseyn Cəfərzadə, 4. Nüsrət Fərzəli.
Baş məşqçi: İlqar Aslanov.
Mərakeş: 22. Samiri Mohammed Amine, 16. Moujada Jaojal Lokmane, 10. Azghin İmran, 11. Azzaxnini Aouragh Hamza, 4. Aourfi Asmail, 12. Sabri Əl Moutadayene, 15. Madih Mohamed Reda (k), 9. İlilou Reda, 7. Omar Mellity, 6. Oukrir Hamdi, 3. Bouallouç Youssef, 14. Ait Hemmou Lahcen, 8. Samaoui İmad, 5. Benamar Rayane.
Baş məşqçi: Əl Mazray Youssef.


