Süleyman Əhmədov əməliyyat olundu

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”in yarımmüdafiəçisi Süleyman Əhmədov əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Premyer Liqanın 15-ci turunda “Araz-Naxçıvan”la oyundan öncəki məşqlərin birində zədələnən yarımmüdafiəçi bu gün Türkiyədə əməliyyat olunub. O, İstanbul şəhərində tanınmış cərrah Prof.Dr. Berkin Tokey tərəfindən uğurlu əməliyyat keçirib. Süleyman Əhmədovun 2 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Xatırladaq ki, Süleyman Əhmədov bu ilin yayında “Sumqayıt”dan “Səbail”ə keçib. 24 yaşlı futbolçu bu komandada 12 oyuna çıxsa da, fərqlənə bilməyib. Əhmədov daha öncə “Sumqayıt”dan başqa “İnter” (indiki “Şamaxı”) və “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandalarında, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: