İngiltərə nəhəngi “Mançester Yunayted” britaniyalı milyarder Cim Retklifin klubun səhm payına sahib olduğunu rəsmən elan edib.
Arena.az məlumat verir ki, klub öz rəsmi saytında INEOS şirkətinin sədri Ser Cim Retklifin “Mançeter Yunayted”in B sinifli səhmlərinin 25%-ni və A kateqoriyalı səhmlərinin 25%-ə qədərini alması ilə bağlı müqavilə bağladığını rəsmən elan edib.
INEOS şirkətinin “Old Trafford”da gələcək sərmayə üçün nəzərdə tutulmuş əlavə 270 milyon avro məbləği təmin edəcəyi də bildirilir.
Razılaşmanın bir hissəsi olaraq, INEOS klubun futbol əməliyyatlarının idarə edilməsi üçün məsuliyyətin ötürülməsi ilə bağlı idarə heyətinin tələbini qəbul edib. Buraya kişi və qadın futbolunun bütün baxışları və akademiyaları, həmçinin “Mançester Yunayted” PLC idarə heyətində və klubun idarə heyətində iki yer daxildir.
Xatırladaq ki, İngiltərə nəhəngi “Mançester Yunayted” hazırda heç də ən yaxşı dövrünü yaşamır. “Qırmızı şeytanlar” cari mövsümdə Çempionlar Liqasında qrup sonuncusu olaraq, avrokuboklarda mübarizəni dayandırıblar. 2023/2024 mövsümü İngiltərə Premyer Liqasının 18 turundan sonra Erik ten Haqın yetirmələri çempionatın turnir cədvəlində 28 xalla 8-ci pillədə qərarlaşıblar.


