Afrika Millətlər Kubokunun açılış matçında meydan sahibi sevindi

Kot-d’İvuarda futbol üzrə 34-cü Afrika Millətlər Kubokunun açılış oyunu meydan sahibinin inamlı qələbəsi ilə başa çatıb.

Arena.az məlumat verir ki, yanvarın 13-də axşam saatlarında meydana sahibi Kot-d’İvuar yığması yarışın açılış oyunu çərçivəsində “A” qrupunda Qvineya-Bisau millisi ilə qarşılaşıb.

Meydan sahibləri qvineyalılar üzərində 2:0 hesablı inamlı qələbə qazanıblar.

Bu gün, yanvarın 14-də “A” qrupunda 1-ci turun digər oyunu baş tutacaq. Nigeriya yığması ilə Ekvatorial Qvineya yığması üz-üzə gələcəklər.

Həmçinin “B” qrupunda da 1-ci turun iki oyun baş tutacaq. Turnirin iki favoriti Misir və Qana yığmaları müvafiq olararaq Mozambik və Kabo-Verde yığmaları ilə qarşılaşacaqlar.

Xatırladaq ki, 2023 Afrika Millətlər Kuboku 24 komandanın iştirakı ilə 13 yanvar – 11 fevral tarixləri aralığında Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilir.

Afrika Millətlər Kuboku
A qrupu
13 yanvar

Kot-d’İvuar – Qvineya-Bisau 2:0
Qollar: Fofana, 4. Krasso, 58.

Xəbəri sosial şəbəkələrdə paylaş: