Bəhruz Teymurov “Şamaxı”da

Bu qış fasiləsində “Zaqatala”dan ayrılan hücumçu Bəhruz Teymurov bundan sonrakı karyerasını “Şamaxı”da davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə Şamaxının eyniadlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu ilə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Bəhruz Teymurov 2023-cü ilin yanvar ayından “Zaqatala”nın uğurları üçün çalışırdı. O, 2019-cu ildə də yarım mövsüm bu komandada çıxış etmişdi. Bütövlükdə hücumçu “Şamaxı”, “Kəpəz”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Xəzər Lənkəran” kimi klublarda forma geyinib.

Xatırladaq ki, “Şamaxı” daha öncə “Mingəçevir”dən ayrılmış yarımmüdafiəçi Roman Hüseynovu da heyətinə qatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: