Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.
Arena.az məlumat verir ki, yanvarın 17-də qrup mərhələsinin ilk turu çərçivəsində son iki qarşılaşma baş tutub.
Hər iki oyun “F” qrupunda yer almış komandalar arasında keçirilib. Mərakeş yığması Tanzaniya ilə görüşdə 3 cavabsız qola sevinib. Konqo Demokratik Respublikası ilə Zambiya yığmaları arasındakı oyunda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 1-ci tur
17 yanvar
F qrupu
Mərakeş – Tanzaniya 3:0
Qollar: Sayss, 30. Unahi, 77. En Nesiri, 80.
Konqo DR – Zambiya 1:1
Qollar: Vissa, 27 – Kanqva, 23.


