Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.
Arena.az məlumat verir ki, bu gün qrup mərhələsinin 2-ci turu çərçivəsində daha 3 qarşılaşma baş tutub.
B qrupunda bu dəfə Suriya yığmasını sınağa çəkən Avstraliya millisi növbəti qələbə sayəsində qrup liderliyini və növbəti mərhələyə vəsiqəni təmin edib. Daha öncə bunu qitə birinciliyinə ev sahibliyi edən Qətər yığması da bacarmışdı.
B qrupunun digər oyununda Hindistanı 3 cavabsız qolla məğlub edən Özbəkistan yığması ikinci pilləyə yüksəlib.
C qrupunda da bir oyun keçirilib. Fələstin və Birləşmiş Ərəb Əmirlikləri yığmaları arasındakı oyunda qalib müəyyənləşməyib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Yeri gəlmişkən, “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber də bu oyunun iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb, 90+9-cu dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
Hazırda Fələstin yığmasının cəmi 1 xalı var. BƏƏ yığması isə 4 xalla qrup lideridir. Qrupun digər oyunu sabah İran və Honkonq yığmaları arasında olacaq.
Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.
Asiya Kuboku 2023
Qrup mərhələsi, 2-ci tur
18 yanvar
B qrupu
Suriya – Avstraliya 0:1
Qol: İrvine, 59.
Hindistan – Özbəkistan 0:3
Qollar: Fayzullayev, 4. Sergeyev, 18. Nasrullayev, 45+4.
Xallar: Avstraliya – 6. Özbəkistan – 4. Suriya – 1. Hindistan – 0.
C qrupu
Fələstin – Birləşmiş Ərəb Əmirlikləri 1:1
Qollar: B.Naser, 50-öz qapısına – S.Adil, 23.
Xallar: BƏƏ – 4. İran – 3. Fələstin – 1. Honkonq – 0.


