Afrika Millətlər Kuboku: Ev sahibi Nigeriya ilə bacarmadı

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, yanvarın 18-də qrup mərhələsinin 2-ci turuna start verilib.

Bu gün üç qarşılaşma baş tutub. Günün ilk oyunu A qrupunda yer almış Ekvatorial Qvineya və Qvineya Bisau yığmaları arasında baş tutub. Altı qolun qeydə alındığı oyun birincilərin inamlı qələbəsiylə yekunlaşıb.

Qitə çempionatına ev sahibliyi edən Kot-d’İvuar millisi isə bu dəfə Nigeriya yığması ilə qarşılaşıb və penaltidən buraxdığı yeganə qol sayəsində məğlubiyyətə üzülüb.

Bu gün B qrupu çərçivəsində də bir oyun keçirilib. Dörd qolun qeydə alındığı Misir – Qana oyununda qalib müəyyənləşməyib.

Bu qrupun digər oyunu sabah Mozambik və Kabo Verde yığmaları arasında keçiriləcək. Bu oyunda qonaqların heyətində yer almış “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin də iştirakı mümkündür.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 2-ci tur
18 yanvar

A qrupu

Ekvatorial Qvineya – Qvineya Bisau 4:2
Qollar: Nsue, 21; 51; 61. Miranda, 46 – Orosko, 37-öz qapısına. Ze Turbo, 90+3.

Kot-d’İvuar – Nigeriya 0:1
Qol: Troost-Ekonq, 55-pen.

Xallar: Ekvatorial Qvineya – 4. Nigeriya – 4. Kot-d’İvuar – 3. Qvineya Bisau – 0.

B qrupu

Misir – Qana 2:2
Qollar: Marmuş, 69. M.Məhəmməd, 74 – M.Kudus, 45+3; 71.

Xallar: Kabo Verde – 3. Misir – 2. Mozambik – 1. Qana – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: