Futbol səhnəsində heç cür özünə gələ bilməyən İngiltərə nəhəngi “Mançester Yunayted”in idarə heyətində də vəziyyət dolaşıqdır.
Arena.az xəbər verir ki, Mançester nəhənginin sahibləri – Qleyzerlər ailəsi, İngiltərə klubunun 25%-lik payını almaq üçün artıq razılığa gəlmiş britaniyalı milyarder Cim Retklifin gələcəkdə öz səhm payını satmaq məcburiyyətində qalmasını təmin edə bilər.
Bu barədə “The Times” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, hazırda müqavilə İngiltərə Premyer Liqası tərəfindən təsdiqlənməlidir. Bununla belə, Premyer Liqa bunu təsdiqləsə və Retkliff MY-nin tam ortaq sahibinə çevrilsə belə, Qleyzer qardaşları hələ də britaniyalı milyarderi klubu idarə etməkdən uzaqlaşdırmaq imkanlarına malik olacaqlar.
Bu müqavilə imzalandıqdan 18 ay sonra Qleyzerlər “Mançester Yunayted”in bütün səhmlərini maraqlı alıcıya satmaq hüququna malik olacaq. Onlar Retkliffi də öz payını satmağa məcbur edəcəklər.


