Afrika Millətlər Kuboku: Seneqalla Kabo Verder pley-offda!

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, yanvarın 19-da qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.

Bu gün də üç qarşılaşma baş tutub. “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin komandası – Kabo Verde yığması bu dəfə Mozambiklə qarşılaşıb. Ardıcıl ikinci qələbəsini qazanan kaboverdelilər artıq pley-offa vəsiqəni təmin ediblər. Zədəli olan Patrik bu dəfə də forma geyinməyib.

Daha sonra C qrupu çərçivəsində iki oyun keçirilib. Seneqal yığması Kamerun üzərində inamlı qələbə ilə qrupun vahid liderinə çevrilib. Qvineya yığması da Qambiyadan üstün olub.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 2-ci tur
19 yanvar

B qrupu

Kabo Verder – Mozambik 3:0
Qollar: Bebe, 32. R.Mendes, 51. K.Lenini, 69.

Xallar: Kabo Verde – 6. Misir – 2. Mozambik – 1. Qana – 1.

C qrupu

Seneqal – Kamerun 3:1
Qollar: İ.Sarr, 16. H.Diallo, 71. S.Mane, 90+5 – Kastelletto, 83.

Qvineya – Qambiya 1:0
Qol: A.Kamara, 70.

Xallar: Seneqal – 6. Qvineya 4. Kamerun – 1. Qambiya – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: