Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.
Arena.az məlumat verir ki, bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Öncə, Özbəkistan və Tailand yığmaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı bu oyunda özbəklər sevinən tərəf olublar və 1/4 finala çıxıblar.
Səudiyyə Ərəbistanı və Cənubi Koreya yığmaları arasındakı oyun daha gərgin keçib. Hesabı açan Səudiyyə Ərəbistanı bu üstünlüyünü 90+9-cu dəqiqədə əldən verib. Bu üzdən matç əlavə vaxta gedib. Hesab dəyişməz qaldığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən koreyalılar 1/4 finala vəsiqə qazanıblar.
Daha öncə Avstraliya, Tacikistan, İordaniya və Qədər yığmaları da 1/4 finala vəsiqə qazanmışdılar.
Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.
Asiya Kuboku 2023
1/8 final
28 yanvar
Avstraliya – İndoneziya 4:0
Qollar: Baqqott, 12-öz qapısına. Boyle, 45. Qudvin, 89. Souttar, 90+1.
Tacikistan – BƏƏ 1:1 (penaltilər – 5:3)
Qollar: Xanonov, 30 – Əl-Hammadi, 90+5.
29 yanvar
İraq – İordaniya 2:3
Qollar: S.Natiq, 68. A.Hüsseyn, 76 – Əl-Naimat, 45+1. Əl-Ərəb, 90+5. Əl-Rəşdan, 90+7.
Qətər – Fələstin 2:1
Qollar: Əl-Haydos, 45+6. Afif, 49-pen – Dabbaq, 37.
30 yanvar
Özbəkistan – Tailand 2:1
Qollar: Turqunboyev, 37. Fayzullayev, 65 – Saraçat, 58.
Səudiyyə Ərəbistanı – Cənubi Koreya 1:1 (penaltilər 2:4)
Qollar: Radif, 46 – Ço, 90+9.
31 yanvar
15:30. Bəhreyn – Yaponiya
20:00. İran – Suriya


