Samuel Eto’O Kamerun prezidentinə minnətçi düşdü

Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti Samuel Eto’O, Kamerun prezidenti Paul Biyyaya məktub ünvanlayıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Eto’O məktubunda Kamerun yığmasının hazırkı baş məşqçisi Riqober Sonqun vəzifəsindən azad edilməsinə yol verməməyi ölkə başçısından xahiş edib.

Mənbənin məlumatına görə, Eto’o Kamerun prezidentindən Sonqla əmək müqaviləsini daha 2 il müddətinə uzatmağı da istəyib. Kamerun yığmasının sabiq hücumçusunun müvafiq davranışının FIFA-nın müəyyən etdiyi qaydalara zidd olduğu vurğulanır.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda, Kamerun yığmasının Afrika Millətlər Kubokunda uğursuz çıxışı səbəbindən Sonqun yığmadan qovulacağı barədə məlumat yayılmışdı. Kamerun yığması Afrika Millətlər Kubokunun bu günlərdə baş tutmuş 1/8 final mərhələsində Nigeriya yığmasına 0:2 hesabı ilə məğlub olaraq, yarışda iştirakını baş vurub.

Riqober Sonq Kamerun yığmasını 2022-ci ilin mart ayından çalışdırır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: