Boliviya yığmasının sabiq müdafiəçisi meydanda öldürüldü

Boliviya yığmasının sabiq mərkəz müdafiəçisi Serxio Xaureqi Meksikada həvəskar futbol oyunu zamanı meydanda güllələnərək öldürülüb.

Arena.az bu barədə “Proceso” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, oyun zamanı Xaureqi su içmək üçün yan xəttə yaxınlaşıb və bu zaman bir kişi onun yanına qaçaraq odlu silahdan 6 atəş açıb və naməlum istiqamətdə aradan çıxıb. Heç kim qəsbkarı dayandırmağa çalışmayıb.

Serxio Xaureqi peşəkar karyerasını 2012-ci ildə başa vurub. Xaureqi Boliviya yığmasının heyətində 13 oyun keçirib və bu oyunladan 9-u dünya çempionatının seçmə mərhələsi çərçivəsinə aid olub. Serxio 2004-2005-ci illərdə çıxış etdiyi Boliviya yığmasında məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

38 yaşlı Xaureqi klub səviyyəsində Boliviyanın “Bluminq”, “Stronqest”, “San-Xose”, və İsveçrənin “İverdon-Sport” komandalarında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: