Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 24-cü turu çərçivəsində keçirilmiş “Emmen”lə oyunun iştirakçısı olub.
“Eyndhoven” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ozan Can bu görüşə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olmuş Kökçü bu dəfə fərqlənə bilməyib.
Sonuncu dəfə ötən ilin dekabr ayında qələbə qazanmış “Eyndhoven” beş oyundur 3 xala həsrətdir. Komanda son oyunlarında 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. “Eyndhoven” cari mövsümdə qazandığı 31 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 63 oyuna çıxıb, 13 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.


