Bundesliqanın 20-ci turunda evdə Mönhenqladbax “Borussiya”sı ilə oyun (3:1) “Bayern”in ingilis hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu qol Keynin Bundesliqada debüt mövsümündə vurduğu 24-cü qolu olub.
Beləliklə, Keyn “Bayern”in heyətində özünün Bundesliqada debüt mövsümünün yekunlarına görə 24 qol vurmuş italyan mərkəz hücumçusu Luka Toninin nəticəsini təkrarlamış olub. Toni 2007/2008 mövsümündə 24 qolla Bundesliqanın ən sərrast futbolçusu olmuşdu. Göründüyü kimi, Keyn 20 oyuna 24 qolu var və ingilis hücumçunun yeni rekord müəyyənləşdirmək üçün qarşıda hələ 14 oyunu var.
Bundesliqanın tarixi ərzində özünün debüt mövsümndə ən çox qol vurmuş futbolçu “Hamburq”un hücumçusu Uve Zeelerdir. Məşhur alman hücumçu 1963/1964 mövsümündə 30 qola imza atıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 27 qol vurub, 8 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Keyn 23 qolla Almaniya Bundesliqasının cari mövsümünün ən sərrast futbolçusudur.
Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


