Kot-d’İvuarda 24 komandanın iştirakı ilə keçirilmiş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kubokunun rəmzi komandası bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə turnirin təşkilat komitəsi məlumat yayıb.
“11-lik”də 4-3-3 taktiki sxeminə üstünlük verilib. Çempion Kot-d’İvuar yığmasından rəmzi komandaya 3 futbolçu düşüb.
Qapıçı: Ronven Uilyams (Cənubi Afrika);
Müdafiəçilər: Villiam Troost-Ekonq, Ola Ayna (hər ikisi Nigeriya), Gisleyn Konan (Kot-d’İvuar), Şansel Mbemba (Konqo Demokratik Respublikası);
Yarımmüdafiəçilər: Teboho Mokoena (Cənubi Afrika), Jan Seri, Frank Kessye (hər ikisi Kot-d’İvuar);
Hücumçular: Yoan Vissa (Konqo Demokratik Respublikası), Ademola Lukman (Nigeriya), Emilio Nsue (Ekvatorial Qvineya).
Xatırladaq ki, Kot-d’İvuar yığması Afrika Millətlər Kubokunun finalında Nigeriyaya 2:1 hesabıyla qalib gələrək tarixində 3-cü dəfə qitə birincisi olub.


