“Kəpəz”in müdafiəçisi Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”a qarşı keçirəcəkləri oyunu buraxacaq.
Arena.az xəbər verir ki, Gəncə klubunun təcrübəli müdafiəçisi cəzalı duruma düşdüyü üçün, bu oyunda komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, Vurğun Hüseynov bu mövsümün əvvəlində “Sumqayıt”dan azad agent kimi ayrılaraq “Kəpəz”ə keçib. 35 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, cari mövsümdə “Kəpəz”in heyətində cəmi 7 oyuna çıxıb.
Hüseynov daha öncə “Sumqayıt”dan başqa “Turan Tovuz” və “Qəbələ”də də forma geyinib. Vurğun Azərbaycan milli komandasında da 15 oyun keçirib, 1 qola imza atıb.
Bu gün Masazırda keçiriləcək “Sabah” – “Kəpəz” oyununa saat 16:00-da start veriləcək.


