Cəlal Hüseynov “Lokomotiv”ə qarşı 90 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 21-ci turu çərçivəsində keçirilmiş Plovdiv “Lokomotiv”i ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutan bu qarşılaşma “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 1:2. Hesabı 5-ci dəqiqədə futbolçumuzun komandası açıb. Amma ilk yarıda üstünlüyü əldən verən “Arda” fasilədən sonra daha bir qol buraxmaqla ikinci dövrəyə məğlubiyyətlə başlayıb.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Arda” ölkə çempionatında 21 turdan sonra 31 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 19 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: