AFFA-nın keçmiş əməkdaşı, “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
Arena.az xəbər verir ki, o, Polşada “Legiya” və Norveçin “Molde” komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Bu qarşılaşma fevralın 22-də Varşavada baş tutacaq. İlk matçda Norveç klubu qələbə qazanıb – 3:2.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub. O, 2004-cü ildə AFFA Beynəlxalq Əlaqələr Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2004-2005-ci illərdə “Olimpik” FK-nın baş direktoru, 2006-2007-ci illərdə isə “Standard” FK-nın vitse-prezidenti vəzifəsində çalışıb. Hüseynzadə 2007-2011-ci illərdə AFFA Beynəlxalq Əlaqələr şöbəsinin direktoru vəzifəsində işləyib.


