Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” ikinci dövrədəki ilk matçında “Rux”la qarşılaşıb. Lvov təmsilçisi ilə səfər oyununda qalib müəyyənləşməyib – 1:1. Emil bu görüşdə sonadək ehtiyatda qalıb.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda Odessa “Çernonorets”ini qəbul edib. Futbolçumuzun komandası ev oyunundan heç-heçə ilə ayrılıb – 1:1. Dmitri də bu oyunu sonadək ehtiyat oyunçular skamyasınan izləyib.
18 turdan sonra “Polesye” 33 xalla 16 iştirakçı arasında 3-cü, “Obolon” isə 15 xalla 14-cü pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasının 19-cu turu çərçivəsində martın 3-də “Dnepr-1” komandasını qəbul edəcək. “Polesye” isə martın 1-də “LNZ Çerkasi” ilə ev oyununa çıxacaq.


