“Bayern” komandanın fransalı sol vingeri Matis Tel ilə razılığa gələrək əmək müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə “Bayern”in mətbuat xidmətinə istinadən məlumat verir.
Yenilənmiş müqavilə 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Tel bu münasibətlə fikirlərini ifadə edib:
“Bu müqavilənin uzadılması mənim üçün çox şey deməkdir. Artıq “Bayern”də həm meydanda, həm də meydandan kənarda çox şey öyrənmişəm. Münhen mənim və ailəmin evi oldu, həmçinin azarkeşlər də mənim üçün çox önəmlidirlər. Onlarsız mən olduğum oyunçu ola bilməzdim.
“Bayern”də oynayanda həmişə hər kuboku qazanmaq istəyirsən. Mən öz qollarını vurmaq və vurmaq, “Bayern” üçün can və güc ilə oynamaq və bu klub və onun azarkeşləri üçün hər şeyi vermək istəyirəm”, – “Bayern”in mətbuat xidməti Teldən sitat gətirir
Matis Telin yeniyetməlik dövrü “Vilye-le-Bel”, “Paris”, “Jöness Obervilye”, “Klerfonten” və “Monruj 92” klublarında keçib. Yeniyetmə Matisin futbol həyatının erkən mərhələsində həlledici məqam Telin “Renn”ə qoşulması olub. məhz “Renn” ilə Tel böyük futbolda debüt edib və “Bayern” skautlarının diqqətini çəkib. “Bayern” 2022-ci ilin iyulunda Teli 20 milyon avro müqabilində heyətinə qatıb.
Cari mövsümdə Tel “Bayern”in heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.
Matis Telin qənimətlər muzeyində 2022/2023 mövsümü Almaniya çempionluğu var.
Matis Tel Fransanın U-17, U-18, U-19, U-21 yığmalarında çıxış edib, “xoruzlar”ın əsas komandasına isə həəl dəvət almayıb. Tel Fransanın U-17 kollektivi ilə 2022-ci il Avropa Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı fransalı sol vinegar Matis Telin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


