“Mançester Yunayted”də çoxsaylı ixtisarlar gözlənilir

“Mançester Yunayted”in ortaq sahibi Cim Retkliff klubun işçilərinin dörddə birini ixtisar etməyi planlaşdırır.

Arena.az bu barədə “Mirror” nəşrinə istinadən məlumat verir.

Mənbənin sözlərinə görə, bu tədbir klubun xərcləri azaltmaq strategiyasının bir hissəsi olaraq həyata keçiriləcək.

Retkliff hesab edir ki, klubun işçiləri həddən artıq çoxdur və bu müstəvidə işlər qaydaya salınsaydı, daha yaxşı olardı.

Vurğulanır ki, bu məsələdə “Yunayted”də böyük paya sahib olan Qleyzerlər də Retkliff ilə razılaşırlar.

Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının klubları arasında ən böyük işçi qüvvəsinə malikdir. “Old Trafford”da təxminən 1200 nəfər çalışır. Bunun ümumilikdə 1000-dən az işçisi olan “Liverpul”, “Mançester Sti” və “Arsenal”dan nə qədər çox olduğu göz qabağındadır.

Cim Retkliff həmçinin öz məsləhətçilərinə klubun kommersiya şöbəsinin, ticarət və oyunların təşkilinin təkmilləşdirilməsinə diqqət yönəltmələrini xahiş edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: