Marko Yankoviç və Marko Veşoviç milliyə çağırıldılar

Azərbaycan çempionu “Qarabağ”ın futbolçuları – Marko Veşoviç və Marko Yankoviç Monteneqro milli komandasına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin sabiq baş məşqçisi, hazırda Monteneqro yığmasını çalışdıran Robert Prosineçkinin 25 nəfərlik siyahısında yer alan “Qarabağ”ın üzvlərinin Antalyadakı toplanışa nə vaxt qoşulacağı hələlik bilinmir.

Qeyd edək ki, Monteneqro millisi martın 21-də Belarus, martın 25-ə isə Şimali Makedoniya ilə yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 28 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 78 oyun keçirib, 6 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 45 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Marko Veşoviç isə 2021-ci ilin iyulundan “Qarabağ”da forma geyinir. 32 yaşlı sağ cinah müdafiəçisi Azərbaycan təmsilçisində 98 oyun keçirib, 4 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu 2013-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 52 oyun keçirib, 2 qol və 2 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: