19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin hazırlığına başlayır.
Arena.az xəbər verir ki, komandamız Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci turuna hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək.
Millimiz martın 25-dən 31-nə qədər Bakıda hazırlıq keçəcək. Aprelin 1-də isə komandamız seçmə mərhələyə yollanacaq.
Azərbaycan millisi qarşıdakı məsul oyunlara bu heyətlə hazırlaşacaq:
- Mehriban Şahməmmədova – Neftçi
- Güləsər İsmailova – Araz-Naxçıvan
- Aydan Əkbərova – Baku Juniors
- Aysel Ziyadova – Qəbələ
- Aytac Mirzəyeva – Neftçi
- Fatimeyi Zəhra Huseynli – WFC Vera (Gürcüstan)
- Səma Həsənli – Qəbələ
- Müjgan Seyidova – Neftçi
- Fatimə Əhmədova – Baku Juniors
- Aydan Həsənova – Neftçi
- Buse Nur Kocabey – Asya Spor (Türkiyə)
- Röya Əliyeva – Baku Juniors
- Mələk Hacıyeva – Baku Juniors
- Şəkər Piriyeva – Araz-Naxçıvan
- Aysu Murtuzayeva – Neftçi
- İntizar Haqverdiyeva – Baku Juniors
- Lalə Abbaszadə – Neftçi
- Nailə Əliyeva – Baku Juniors
- Fidan Abışova – Baku Juniors
Milli komandamızın turnirdə keçirəcəyi oyunların təqvimi isə belədir:
3 aprel
Monteneqro – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00.
6 aprel
Bolqarıstan – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00.
9 aprel
Azərbaycan – Latviya
LNK Sporta Parks Stadionu. Saat 15:00.


