Fələstin millisinin sabiq futbolçusu Qəzzada həlak oldu

Fələstin millisinin keçmiş futbolçusu Məhəmməd Barakat İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində həlak olub.

Arena.az bu barədə “Əl-Cəzirə”yə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, atəş zamanı futbolçu öz evində olub və gülləyə tuş gəlib. Barakatın 39 yaşı vardı. Barakat Fələstin millisində 3 oyun keçirib. Məhəmməd peşəkar futbolçu karyerasında sonuncu qolunu 2023-cü ilin avqustunda vurub.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin – İsrail münaqişəsi kəskinləşib. Bundan əvvəl 12 Yaxın Şərq ölkəsi Qəzza zolağındakı hərbi əməliyyatlara görə İsrail milli futbol komandasının yarışlardan kənarlaşdırılmasının lehinə çıxış etmişdilər. Bunlara Fələstin, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İraq, İordaniya, Küveyt, Livan, Oman, Suriya və Yəmən daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaş: