“Araz-Naxçıvan”da 2 zədəli, 2 cəzalı futbolçu sıraya döndü

Premyer Liqanın 27-ci turunda “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün oyundan öncəki sonuncu məşqinə çıxıb.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərdəkandakı “Dalğa Arena”nın ehtiyat meydanında baş tutan hazırlıq prosesi təxminən 1 saata yaxın davam edib.

Son məşqdə bir müddətdir zədədən əziyyət çəkən Abdulla Rzayev və Aksel Nqando da iştirak ediblər. Cəzası başa çatan Məhəmməd Kadiri və Miço Kuzmanoviç də sabahkı görüşdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcəklər.

Xatırladaq ki, “Araz-Naxçıvan” – “Qəbələ” matçı sabah “Dalğa Arena”da keçiriləcək. Bu oyuna saat 18:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: