“Transfermarkt” internet-portalı qiymətlərin aralıq yeniləməsindən sonra İngiltərə Premyer Liqasının ən bahalaşmış futbolçularını açıqlayıb.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Mançester Yunayted”in 18 yaşlı ingiltərəli mərkəz yarımmüdafiəçisi Kobbi Maynu yer alıb.
Gənc Maynunun transfer qiyməti 29 milyon avro məbləğində artıb və hazırda 35 milyon avro məbləğindədir.
İngiltərə Premyer Liqasının ən bahalaşmış futbolçularının ilk onluğunu təqdim edirik:
- Kobbi Mainu (“Mançester Yunayted”, 35 (+29) milyon avro);
- Filip Foden (“Mançester Siti”, 130 (+20) milyon avro);
- Ayvan Toni (“Brentford”, 50 (+15) milyon avro);
- Pedru Netu (“Vulverhempton”, 55 (+13) milyon avro);
- Konor Bredli (“Liverpul”, 15 (+13) milyon avro);
- Bukayo Saka (“Arsenal”, 130 (+10) milyon);
- Duqlas Luis (“Aston Villa”, 70 (+10) milyon avro);
- Koul Palmer (“Çelsi”, 55 (+10) milyon avro);
- Joao Pedro (“Brayton”) 45 (+10) milyon avro);
- Mateus Kunya (“Vulverhempton”, 42 (+10) milyon avro).


