Premyer Liqa: “Qəbələ” Sxadadze ilə ilk xalını qazandı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Günün sonuncu oyunu autsayderlər qrupunda qərarlaşmış komandalar – “Araz-Naxçıvan”la “Qəbələ” arasında keçirilib. Dörd oyundur qələbəyə həsrət olan, son üç matçından xalsız ayrılmış Naxçıvan təmsilçisi uğursuz gedişata məhz “Qəbələ” ilə oyunda son qoymaq arzusundaydı. Bu komanda hazırda 31 xalla 8-ci pillədə qərarlaşmışdı.

Son beş matçında ardıcıl məğlubiyyətlərə üzülən “Qəbələ” isə 15 xalla sonuncu idi. Kaxaber Sxadadzenin gəlişindən sonra da uğursuzluq zolağından çıxa bilməyən əyalət təmsilçisinin bu gün nəyə nail olacağı maraqla gözlənilirdi.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Qəbələ” üçün uğursuz rəqiblərdən birinə çevrilib. Sözügedən komandalar daha öncə 2 qarşılaşmada üz-üzə gəlmişdilər ki, həmin oyunlar da cari mövsümə təsadüf etmişdi. Hər iki oyunda Naxçıvan təmsilçisi qalib gəlmişdi. “Qəbələ” səfərdə bu rəqibinə qol da vurmamışdı.

Bugünkü oyunda isə “Qəbələ” bir neçə uğursuz gedişata son qoymağı bacarıb. Tərəflər meydanı 1:1 hesablı heç-heçə ilə tərk ediblər. Bununla da “Qəbələ” həm Naxçıvan təmsilçisi ilə görüşlərdə, həm də Sxadadzenin rəhbərliyi altında ilk xalını qazanıb.

Premyer Liqa
27-ci tur
16 mart

“Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qollar: Numan Kurdiç, 42 – Osama Xalayla, 67.
Qırmızı vərəqə: Numan Kurdiç, 59.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Mərdəkan. “Dalğa Arena”, 18:30.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 23. Nuno Rodriqes.
Baş məşqçi: Azər Bağırov.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 6. Fares Abu Akel.
Baş məşqçi: Kaxaber Sxadadze.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: