Azərbaycan Premyer Liqasının 27-ci turunun bu gün baş tutan “Araz-Naxçıvan” – “Qəbələ” matçı bərabərliklə (1:1) başa çatdı.
Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
27-ci tur
16 mart
“Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qollar: Numan Kurdiç, 43 – Osama Xalayla, 67
Qırmızı vərəqə: Numan Kurdiç, 59 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə).
Sarı vərəqə: Vadim Abdullayev, 16 (qeyri-idman hərəkəti). Vanderson Melo, 90+6 (qeyri-idman hərəkəti) – Bilel Auaşeriya, 45+3 (qeyri-idman hərəkəti). İlkin Qırtımov, 52 (qeyri-idman hərəkəti). Elməddin Sultanov, 74 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 8 dəqiqə.
Saat 18:30. Mərdəkan. “Dalğa Arena”, 120 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k) (2. Abdulla Rzayev, 73), 39. Tural Bayramlı (55. Zamiq Əliyev, 63), 3. Turan Manafov, 7. Nicat Süleymanov (11. Ramin Nəsirli, 73), 22. Elçin Mustafayev (19. Aksel Nqando, 90), 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç (23. Nuno Rodriqes, 73), 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k) (12. Nicat Əliyev, 79), 28. Murad Musayev, 5. Rauf Hüseynli (19. Samuel Tetteh, 71), 7. Emil Səfərov, 20. Bilel Auaşeriya (10. Klesio Bauk, 90), 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 4. Lukas Afriko, 6. Fares Abu Akel.
Baş məşqçi: Kaxaber Sxadadze.


