Eldar Quliyev və İssa Cibrilla “Zirə”ni tərk etdilər

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin 2 futbolçusu – İssa Cibrilla və Eldar Quliyev milli komandaların heyətinə çağırılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Cibrilla Niger yığmasına, Quliyev isə Ukraynanın 23 yaşadək futbolçulardan ibarət millisinə dəvət alıb.

Niger yığması yoxlama oyununda Toqo millisi ilə üz-üzə gələcək. Ukraynanın U-23 millisi isə Yaponiyadan olan həmyaşıdları ilə qarşılaşacaq.

Xatırladaq ki, İssa Cibrilla 2023-cü ilin yanvar ayından “Zirə”nin uğurları üçün çalışır. 28 yaşlı sol cinah vingeri paytaxt təmsilçisində 27 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. O, Niger yığmasında da 20 oyuna 4 qol vurub.

Eldar Quliyev isə 2023-cü ilin fevralından “Zirə”də çıxış edir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi bu komandanın heyətində 42 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Əslən Azərbaycandan olsa da, Ukrayna vətəndaşlığına malik futbolçu daha öncə bu ölkənin U-21 yığmasında forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: