Elçin Məsiyev Sloveniya – Bosniya və Herseqovina matçında!

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elçin Məsiyev seçmə mərhələ çərçivəsində keçiriləcək Sloveniya – Bosniya və Herseqovina oyununu idarə edəcək.

Məsiyevə yan xətdə Pərvin Talıbov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasının İnqilab Məmmədov yerinə yetirəcək

Martın 22-də keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: