Cim Retkliff: “Premyer Liqanın bütün klublarına nifrət edirəm”

“Mançester Yunayted”in yeni həmsahibi, britaniyalı milyarder Cim Retkliff maraqlı açıqlaması ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, Retkliff, əgər “Mançester Yunayted”in çempionluğunun mümkün olmayacağı halda, hansı komandanı Premyer Liqanın qalibi görmək istəməsi haqda sualı cavablayıb:

“İngiltərə çempionu kimi daha hansı komandanı görürəm? Hamısına nifrət edirəm, hamısı düşməndir! Mən heç birini seçə bilmərəm.

Çempion olmaq Arteta üçün yaxşı olardı, çünki o, həqiqətən də yaxşı iş görüb. “Arsenal”ın bu mütəxəssislə həqiqətən bəxti gətirib”, deyə Cim Retkliff bildirib.

Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlində 28 oyundan 47 xalla 6-cı pillədə qərarlaşıb. Premyer Liqaya 64 xalla “Arsenal” başçılıq edir. “Liverpul” da eyni miqdarda xal toplayıb və şərikli liderliyini sürdürür.

Xəbəri sosial şəbəkələrdə paylaş: