“Bayern”in qapıları Yurgen Klopp üçün bağlıdır

“Bayern”in idman direktoru Maks Eberl “Liverpul”un baş məşqçisi Yurgen Klopun Münhen klubuna mümkün dəvəti haqda şərh verib.

Arena.az “Sport Bild” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Yurgen Klopp deyib ki, enerjisi tükənir və mən bu sözlərin nə demək olduğunu bilirəm. Çox az adam bunu mənim kimi mühakimə edə bilər, çünki mən özüm də oxşar məqamlardan keçmişəm. Aydındır ki, insan belə bir açıqlama verəndə iş arxa plana keçir. Buna görə də Klopa zəng etmək fikrində deyiləm”, deyə Eberl vurğulayıb.

Xatırladaq ki, daha əvvəl alman mütəxəssis 2015-ci ildən çalışdırdığı “Liverpul”un cari mövsümün sonunda tərk edəcəyini bildirmişdi.

“Bayern” isə cari mövsümün bitməsilə klubdan ayrılacağını bildirmiş, komandanın baş məşqçisi, alman mütəxəssis Tomas Tuxelin yerinə namizədlərini çeşidləyir.

Xəbəri sosial şəbəkələrdə paylaş: