Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Babək Quliyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan – Macarıstan oyununun hakim inspektoru olacaq.
Qarşılaşma martın 26-da Qazaxıstanın Almatı şəhərindəki “Almaty Ortalık” stadionunda baş tutacaq. Oyuna saat 18:00-da start veriləcək.



