“Liverpul”un müdafiəçisi Co Qomes “qırmızılar”ın hazırkı baş məşqçisi, alman mütəxəssis Yurgen Kloppun onun karyerasına təsirini açıqlayıb.
Arena.az ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Klubdakı məşqçi bənzərsizdir və mən ona çox şey borcluyam. O, yəqin ki, karyerama ən böyük təsir göstərdi. Məşqçinizdən bu cür dəstəyin olması xoşdur. Mən ondan bunu tələb etməmişəm! Ancaq o, açıq-aydın mənə çox təsir etdi, təkcə bir oyunçu kimi deyil, həm də bir insan kimi, ona görə də xoş idi”.
Xatırladaq ki, Co Qomes “Çarlton Atletik” klubunun yetirməsidir. 26 yaşlı mərkəz müdafiəçisi 2015-ci ilin yayından “Liverpul”da çıxış edir. Həmin vaxt o, 4,9 milyon avro qarşılığında “qırmızılar”ın düşərgəsinə qoşulmuşdu. Qomesin “Liverpul”la müddəti 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
İngilis futbolçu cari mövsümdə 41 matça çıxıb və 3 məhsuldar ötürmə müəllifi olub. Bütövlükdə isə o, “Liverpul”da keçirdiyi 10 mövsüm ərzində 214 oyuna çıxıb və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Stopper, “Liverpul”la 1 dəfə İngilətə çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə UEFA Super Kubokunun, 1 dəfə İngiltərə Federasiya Kubokunun, 1 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Super Kubokunun qalibi olub. Müdafiəçi “qırmızılar”ın heyətində Klublararası Dünya Çempionatının da qalibi adını qazanıb.
Co Qomes 2017-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə milli komandasında da 11 oyun keçirib.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


