“Bayern”in prezidenti Herbert Hayner komandasının Dortmund “Borussiya”sı ilə mövsümün vacib oyununda məğlubiyyətindən danışıb.
Arena.az xatırladır ki, “Bayern” Bundesliqanın 27-ci turu çərçivəsində evdə əzəli rəqibi Dortmund “Borussiya”sına 0:2 hesabı ilə məğlub olaraq, lider “Bayer”dən daha da geri düşüb.
“Bayern” hamının öyrəşdiyi və görmək istədiyimiz “Bayern” deyildi. Bu mövsüm ilk dəfə deyil ki, oyuna girib uğur qazana bilmirik.
Biz haqlı olaraq məğlub olduq. Biz həddən artıq statik idik, kifayət qədər aqressiv deyildik, ehtirasımız çox az idi və bu, meydanda özünü göstərdi”, – Herbert Hayner narazılığını ifadə edib.
“Bayern” Bundesliqanın yarış cədvəlində 27 oyundan 60 xalla 2-ci pillədə qərarlaşıb. Çempionatın lideri isə 73 xalla zirvədə qərarlaşmış Leverkuzen “Bayer”idir.


