Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək. Sözügedən komandalar Mərdəkandakı “Dalğa Arena”da üz-üzə gələcəklər.

Komandaların turnir cədvəlində qonşu olması bu oyuna marağı artıran məqamlardandır. Belə ki, Naxçıvan təmsilçisi hazırda 32 xalla 8-ci, Gəncə klubu isə 27 xalla 9-cu sırada qərarlaşıb. “Kəpəz” bu oyunda qalib gələ bilsə, aradakı xal fərqini 2-yə endirə bilər. Əks halda bu komandanın mövsümü “Araz-Naxçıvan”dan öndə bitirməsi daha da müşkülə çevriləcək.

“Araz-Naxçıvan”la “Kəpəz” bu günə qədər Premyer Liqada 7 oyunda üz-üzə gəliblər və heç vaxt “sülh bağlamayıblar. Naxçıvanlılar 2, gəncəlilər 5 qələbəni bayram ediblər. “Kəpəz” son iki matçda qalib gəlib. “Araz-Naxçıvan” son üç oyunda qol buraxıb.

Premyer Liqa
29-cu tur
5 aprel

“Araz-Naxçıvan” – “Kəpəz”
Mərdəkan. “Dalğa Arena”, 20:00.

6 aprel

“Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu, 16:00.

“Qarabağ” – “Səbail”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

7 aprel

“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 16:30.

“Neftçi” – “Sumqayıt”
Bakı. “Neftçi Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: