Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Aston Villa” – “Brentford” matçında qalib müəyyənləşməyib.
“Everton” “Börnli”ni, debütant “Luton Taun” isə “Bornmut”u məğlub yola salıb.
“Fulhem” evdə “Nyukasl”a, “Vulverhempton” “Vest Hem”ə uduzub.
Son çempion “Mançester Siti” bu turda “Kristal Pelas”la səfər oyunundan qalib ayrılıb. “Arsenal” isə səfərdə “Brayton”a 3 cavabsız qolla qalib gələrək müvəqqəti də olsa, liderliyi ələ keçirib.
İngiltərə çempionatında 32-ci tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq. Turun mərkəzi oyununda potensial lider “Liverpul” səfərdə “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirəcək.
İngiltərə, Premyer Liqa
32-ci tur
6 aprel
Kristal Pelas – Mançester Siti 2:4
Qollar: Mateta, 3. Eduard, 86 – De Bröyne, 13; 70. Lyuis, 47. Haland, 66.
Aston Villa – Brentford 3:3
Qollar: Uotkins, 39; 80. Rocers, 46 – Zanka, 59; Mbeumo, 61. Vissa, 68.
Everton – Börnli 1:0
Qol: Kalvert-Levin, 45+2.
Fulhem – Nyukasl 0:1
Qol: Gimarayns, 81.
Luton Taun – Bornmut 2:1
Qollar: Klark, 73. Morris, 90 – Tavernye, 52.
Vulverhempton – Vest Hem 1:2
Qollar: Sarabia, 33-pen – Paketa, 72. Uord-Prouz, 83.
Brayton – Arsenal 0:3
Qollar: Saka, 33. Haverts, 62. Trossard, 86.
7 aprel
18:30. Mançester Yunayted – Liverpul
20:30. Şeffild Yunayted – Çelsi
21:00. Tottenhem – Nottingem Forest


