Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Öncə “Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. Bu, sözügedən komandalar arasında 35-ci oyun olacaq. Bu günə qədər keçirilmiş 34 oyunda “Zirə” 7, “Qəbələ” 12 qələbəni bayram edib, 15 görüş heç-heçə yekunlaşıb. Son 7 görüşdə meydan sahibi komanda uduzmayıb. Bu qarşılaşmalarda qonaqlar qapısını toxunulmaz saxlaya bilməyiblər.
Hazırda bu komandalar tam fərqli məqsədlər uğrunda mübarizə aparırlar. Əyalət təmsilçisi sonuncu pillədənq qurtulmaq, elitada qalmaq üçün çalışırsa, zirəlilər avrokuboklara vəsiqə qazanmaq arsuzundadırlar. 42 xalla 3-cü pillədə qərarlaşmış paytaxt təmsilçisi qalib gəlsə, 2-ci yerə də yüksələ bilər. Amma bu, son gündə meydana çıxacaq “Neftçi”nin “Sumqayıt”la oyununun nəticəsindən də çox asılıdır.
Turun qapanış matçında isə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Hər iki komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə aparması bu oyuna olan marağı daha da artırır. Hazırda 43 xala malik “ağ-qaralar” qalib gəlməklə 2-ci pillədə qalmağa çalışacaqlar. Əks halda paytaxt təmsilçisi mövqeyini ya “Zirə”yə, ya da məğlub olacağı halda elə “Sumqayıt”a təhfil verməli olacaq. Çünki sumqayıtlılar da hazırda 42 xalla 4-cü pillədə qərarlaşıblar.
“Neftçi” “Sumqayıt”la indiyə qədər 46 oyun keçirib, 23 qələbə qazanıb. Sumqayıtlıların hesabında isə 14 qələbə var. Daha 9 görüş bərabərliklə yekunlaşıb. Son iki görüşdə “Sumqayıt” eyni – 2:1 hesablı qələbə qazanıb. “Neftçi” son 9 qarşılaşmada qol vurub.
Premyer Liqa
29-cu tur
5 aprel
“Araz-Naxçıvan” – “Kəpəz” 1:2
Qollar: Miço Kuzmanoviç, 16 – Martins Junior, 54. Mate Kvirkviya, 62.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Dalğa Arena”, 20:00.
6 aprel
“Turan Tovuz” – “Sabah” 2:0
Qollar: Aleks Souza, 26. Otto Con, 82.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu, 16:00.
“Qarabağ” – “Səbail” 4:2
Qollar: Yassin Benzia, 15; 40. Toral Bayramov, 69-pen. Nəriman Axundzadə, 90 – Nir Bardea, 7. Rüfət Abdullazadə, 88.
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.
7 aprel
“Zirə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”, 20:00.


