Premyer Liqa: “Liverpul” “Mançester Yunayted”lə “sülh bağladı”

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

Turun mərkəzi oyununda “Mançester Yunayted”lə “Liverpul” komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Uğursuz mövsüm keçirən “Çelsi” bu turda “Şeffild Yunayted”in qonağı olub. Bu oyunda da qapılara 4 qol vurulub, amma qalib müəyyənləşməyib.

“Tottenhem” isə “Nottingem Forest”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Beləliklə, 32 turdan sonra “Arsenal” 71 xalla zirvədə qərarlaşıb. “Liverpul” da 71 xal toplamasına rəğmən, 2-cidir. Son çempion “Mançester Siti”nin 70, “Tottenhem” və “Aston Villa”nın 60, “Mançester Yunayted”in 49, “Vest Hem”in 48, “Nyukasl”ın 47, “Çelsi”nin 44 xalı var.

İngiltərə, Premyer Liqa
32-ci tur
6 aprel

Kristal Pelas – Mançester Siti 2:4
Qollar: Mateta, 3. Eduard, 86 – De Bröyne, 13; 70. Lyuis, 47. Haland, 66.

Aston Villa – Brentford 3:3
Qollar: Uotkins, 39; 80. Rocers, 46 – Zanka, 59; Mbeumo, 61. Vissa, 68.

Everton – Börnli 1:0
Qol: Kalvert-Levin, 45+2.

Fulhem – Nyukasl 0:1
Qol: Gimarayns, 81.

Luton Taun – Bornmut 2:1
Qollar: Klark, 73. Morris, 90 – Tavernye, 52.

Vulverhempton – Vest Hem 1:2
Qollar: Sarabia, 33-pen – Paketa, 72. Uord-Prouz, 83.

Brayton – Arsenal 0:3
Qollar: Saka, 33. Haverts, 62. Trossard, 86.

7 aprel

Mançester Yunayted – Liverpul 2:2
Qollar: B.Fernandes, 50. Maynu, 67 – L.Dias, 23. Salah, 84-pen.

Şeffild Yunayted – Çelsi 2:2
Qollar: Boql, 32. Makbörni, 90+3 – T.Silva, 11. Madueke, 66.

Tottenhem – Nottingem Forest 3:1
Qollar: Murilyo, 15-öz qapısına. Van de Ven, 52. Porro, 58 – Vud, 27.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: