Asiya Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal” üçün xoşagəlməz mənada əlamətdar olub.
Arena.az məlumat verir ki, səfərdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”lə qarşılaşmış bu komanda 2:4 hesabı ilə məğlub olub.
Buna rəğmən, “Əl-Hilal” cavab oyununda bu vəziyyəti öz xeyrinə dəyişəmək imkanına sahibdir.
Amma Səudiyyə Ərəbistanı təmsilçisi ötən ilin sentyabr ayının sonundan bəri davam edən, dünya futbolunun mütləq rekordu olan 34 oyunluq ardıcıl qələbə silsiləsi isə puç olub.


