Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Hər üç oyun qonaqların qələbəsiylə yekunlaşıb. Belə ki, “Luton Taun” doğma meydanda “Brentford”a, “Şeffild Yunayted” də “Börnli”yə böyük hesabla uduzub. “Vulverhempton”un qonağı olan “Arsenal” isə inamlı qələbəyə sevinib.
Turun daha dörd oyunu aprelin 21-də keçiriləcək. “Tottenhem” – “Mançester Siti” oyunu mayın 14-nə, “Brayton” – “Çelsi” və “Mançester Yunayted” – “Nyukasl” görüşləri isə mayın 15-nə təxirə salınıb.
İngiltərə, Premyer Liqa
34-cü tur
20 aprel
Luton Taun – Brentford 1:5
Qollar: Berri, 90+2 – Vissa, 24; 45+1. Pinnok, 62. Potter, 64. Şade, 86.
Şeffild Yunayted – Börnli 1:4
Qollar: Hamer, 52 – Larsen, 38. Assinyon, 40. Foster, 57. Qudmundsson, 71.
Vulverhempton – Arsenal 0:2
Qollar: Trossard, 45. Edeqor, 90+5.
21 aprel
16:30. Everton – Nottingem Forest
18:00. Aston Villa – Bornmut
18:00. Kristal Pelas – Vest Hem
19:30. Fulhem – Liverpul


